Ekspert "Qəbələ"nin futbolçularını "yarıtmaz" adlandırdı

Ekspert "Qəbələ"nin futbolçularını "yarıtmaz" adlandırdı

Ukraynalı futbol mütəxəssisi Viktor Leonenko həmyerlilərinin Azərbaycan klublarına keçməsinə kəskin reaksiya verib. Fanat.az xəbər verir ki, vaxtilə yığma komandasının da şərəfini qorumuş Leonenko həmin oyunçuları "yarıtmaz" adlandırıb.

Yerli mətbuata müsahibə verən ekspert "Qazaxıstan və Azərbaycana gedən futbolçulara münasibətiniz necədi?", sualına bu cür cavab verib:

"Bu ölkələrə yarıtmaz futbolçular üz tutur. Özünə hörmət qoyursansa, Qazaxıstana üz tutmazsan. Demirəm ki, Qazaxıstan pis ölkədi. Sadəcə, bu ölkənin futbolu haqda heç kim heç nə bilmir. Bəli, orda yaxşı pul təklif edirlər. Ancaq bu amil həmin çempionatlara keçmək üçün əsas vermir. Ukrayna futboluna görə acıyıram. Nə yaxşı ki, "Şaxtyor", "Dinamo", "Dnepr" var. Vəssəlam, siyahını davam etdirmək mümkün deyil. Buna görə də ukraynalılar zəif çempionatlara üz tuturlar".

Qeyd edək ki, qış fasiləsində "Qəbələ" 3 ukraynalı futbolçuyla güclənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər