"İnter"in hücumçusu Edin Cekonun komandadakı gələcək taleyinə böyük ölçüdə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə 36 yaşlı Cekonun 3 klubdan real təklif aldığını, lakin Milan klubunda qalmaq üçün təklifləri geri çevirdiyini açıqlayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü "İnter"ə 2021-ci ilin yayında "Roma2dan transfer olunub. Ötən mövsüm qara-göy forma ilə ümumilikdə 49 matça çıxan Edin 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat