Dzyuba jurnalisti hədələdi - Sabah sorğuya çəkiləcək

Dzyuba jurnalisti hədələdi - Sabah sorğuya çəkiləcək

Rusiyalı hücumçu Artyom Dzyuba jurnalistlə insident yaşayıb. 

Fanat.Az "RB Sport"a istinadən xəbər verir ki, "Lokomotiv"in forvardı "Krılya Sovetov"la oyundan sonra jurnalisti hədələyib.

Təcrübəli forvard hadisə ilə əlaqədar Rusiya Futbol İttifaqının İntizam Komitəsinin toplantısına çağırılıb. Futbolçu ilə yanaşı şikayətçi tərəf - "RB Sport"un əməkdaşı Vitali Borodin də quruma dəvət olunub.

Komitənin iclası sabah, avqustun 16-da keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər