Dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşdi

Dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşdi

Polşa və Sloveniyada voleybol üzrə kişilər arasında keçirilən dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, son olaraq Braziliya və meydan sahibləri Polşa adını növbəti mərhələyə yazdırıb.

1/4 finalda "sambaçılar" Argentinanı 3:1 (25:16, 23:25, 25:22, 25:21), polşalılar isə ABŞ-ı 3:2 (25:20, 27:25, 21:25, 22:25, 15:12) hesabı ilə məğlub edib.

Bu komandalar finalın bir addımlığında bir-birinə rəqib olublar. Digər yarımfinal matçında isə Sloveniya və İtaliya kollektivləri üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal matçları sentyabrın 10-u və 11-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər