Dünya çempionatı: Dörd cüdoçumuz mübarizəyə başlayacaq

Dünya çempionatı: Dörd cüdoçumuz mübarizəyə başlayacaq
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialda bu gün Azərbaycanın daha dörd təmsilçisi mübarizəyə qoşulacaq.
Yarışın beşinci günündə kişilərdən 90 kq çəkidə çıxış edən və ilk mərhələdən azad olan Murad Fətiyev, həmçinin Elcan Hacıyev və Süleyman Şükürov tatamiyə çıxacaq. Elcan ABŞ Aleksandr Knauf, Süleyman isə Norveçi təmsil edən Kornelius Eylertsen ilə qarşılaşacaq.
Qadınların mübarizəsində isə 70 kq çəki dərəcəsində Südabə Ağayeva "Ay Tsunoda-Rustand (İspaniya) ilə yarışacaq.
Xatırladaq ki, cüdoçularımız dünya çempionatının ilk dörd günündə 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər