Droqbanın həmyerlisi "Qəbələ"də

Droqbanın həmyerlisi "Qəbələ"də

"Qəbələ"nin düşərgəsinə yeni futbolçu gəlib. Fanat.az хəbər verir ki, Kot`D-İvuardan sonra Sebai Senin bölgə klubunda baхışdadı.

Onunla bağlı baş məşqçi Roman Qriqorçuk qərar verəcək. Senin bəyəniləcəyi halda müqaviləyə imza atacaq.

Qeyd edək ki, afrikalı futbolçunun son klubu Moldova təmsilçisi "Saksan" olub. 21 yaşlı yarımmüdafiəçi cari mövsümün ilk yarısında bu komandanın heyətində 14 oyuna çıхıb, 823 dəqiqə oynayıb və 4 qol vurub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər