Dramatik oyunu "Milli Aviasiya Akademiyası" qazandı

Dramatik oyunu "Milli Aviasiya Akademiyası" qazandı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, “Murov Az Terminal” UNEC-i 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşma UNEC-in idman zalında baş tutub. Digər görüşdə isə "Abşeron" "Gəncə"ni 3:1 hesabı ilə üstələyib.

“Azərreyl” - “Milli Aviasiya Akademiyası” matçının qalibi isə beşinci setdə müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesablı qələbəyə sevinib.

Son iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Dramatik oyunu "Milli Aviasiya Akademiyası" qazandı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər