"İnter" qapıçı Andre Onana ilə müqavilə imzaladığını açıqlayıb.
Fanat.Az klubun rəsmi aytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Keçən ilin fevralında Onana antidopinq qaydasını pozduğuna görə bir il müddətinə futboldan uzaqlaşdırılıb.
Daha sonra İdman Arbitraj Məhkəməsi (CAS) qapıçının diskvalifikasiya müddətini azaldıb, onun müddəti noyabrın 4-də başa çatıb.
Emin