Diniyevli “Səbail”dən ilk oyunda heç-heçə

Diniyevli “Səbail”dən ilk oyunda heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” hazırlıq çərçivəsində bu gün ilk sınaq matçına çıxıb.

Fanat.Az xəbər verir ki, “dənizçilər” Varşava “Legiya”sı ilə üz-üzə gəlib.

“Cornelia Diamond” kompleksinin meydançasında baş tutan görüş məhsuldar alınıb - 2:2. Bakı təmsilçisinin heyətində Qustavo de Fransa (8) və Mirabdulla Abbasov (87) fərqlənib.

Bu oyun dekabrın sonunda "Səbail"ə baş məşqçi təyin olunan Şahin Diniyev üçün də əlamətdar olub. O, yeni komandasında qeyri-rəsmi də olsa, debüt edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər