“Dinamo”nun məşqçisi “Sabah”dan olan həmkarları ilə görüşdü

“Dinamo”nun məşqçisi “Sabah”dan olan həmkarları ilə görüşdü

“Sabah” və “Dinamo” (Zaqreb, Xorvatiya) klubları arasında əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutub.

Klubdan Fanat.Az-a verilən məlumata görə, Zaqreb təmsilçisinin U-19 komandasının baş məşqçisi İvan Senzen ilə “Sabah”ın akademiyasının məşqçiləri arasında görüş keçirilib. Onlayn şəkildə keçirilən görüş zamanı Senzen məşqçilərlə öz təcrübəsini bölüşüb, “Dinamo”nun aşağı yaş qruplarında keçirilən fiziki məşqlərin metodikası barədə məlumat verib. Daha sonra akademiyanın məşqçiləri İvan Senzenə onlara maraqlı olan sualları ünvanlayıblar.

Növbəti görüşün “Dinamo” (Zaqreb) Futbol Akademiyasında keçirilən taktiki məşqlər barədə olması nəzərdə tutulub.

“Dinamo”nun məşqçisi “Sabah”dan olan həmkarları ilə görüşdü“Dinamo”nun məşqçisi “Sabah”dan olan həmkarları ilə görüşdü“Dinamo”nun məşqçisi “Sabah”dan olan həmkarları ilə görüşdü

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər