“Dinamo Zaqreb"in futbolçusu "Sumqayıt"da - RƏSMİ

“Dinamo Zaqreb"in futbolçusu "Sumqayıt"da - RƏSMİ

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən klub Serbiya U-21 millisinin üzvü Damyan Daniçiçi transfer edib.

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan transfer olunmuş 22 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

“Srvena Zvezda” klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın “Qrafiçar”, “Vozdovats”, Xorvatiyanın “İstra” və “Varazdin” klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər