"Dinamo" - "Neftçi" oyununa hakim təyinatı

"Dinamo" - "Neftçi" oyununa hakim təyinatı
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək "Dinamo” (Tbilisi) – "Neftçi” matçının təyinatları açıqlanıb.
 
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim David Fuksmana Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.
UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-ü "Bakcell Arena”da baş tutacaq və saat 21:00 start götürəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər