Derbidə darmadağın və "Arsenal" yenə büdrədi - VİDEO

Derbidə darmadağın və "Arsenal" yenə büdrədi - VİDEO
İngiltərə Premyer Liqasında növbəti oyunlar keçirilir. Fanat.az xəbər verir ki, bu gecə Mançester derbisi baş tutub.
"Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib. Lyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 1-ci dəqiqədə Edin Dzeko açıb. Bosniyalı futbolçu 56-cı dəqiqədə dublunu rəsmiləşdirib. Son saniyələrdə isə Yaya Ture topu rəqib qapısından keçirib.
Şənbə günü "Çelsi"yə 0:6 hesabı ilə yenilən "Arsenal" bu dəfə evdə xal itirib. "Suonsi"ni qəbul edən "topçular" 2:2 hesablı heç-heçəyə razılaşıb. Hesabı 11-ci dəqiqədə qonaq komandadan Vilfried Boni açıb. 73-cü dəqiqədə Lukas Podolski bərabərliyi təmin edib. Cəmi bir dəqiqə sonra Olivier Qiroud "Arsenal"ı hesabda önə keçirib. Lakin əlavə vaxtda Matyu Flamini avtoqola imza ataraq, bərabərliyin təmin olunmasına səbəb olub.
Qeyd edək ki, günün digər oyununda "Everton" səfərdə "Nyukasl"ı darmadağın edib - 3:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər