"Dənizlispor" "Qəbələ"nin yarımmüdafiəçisini aparır? - AÇIQLAMA

"Dənizlispor" "Qəbələ"nin yarımmüdafiəçisini aparır? - AÇIQLAMA

"Dənizlispor" rəhbərliyi "Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakora ilə bağlı yayılan informasiyaya reaksiya verib.

 

Fanat.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aşağı liqa təmsilçisi toqolunun transferini təkzib edib.

"Xoruzlar”ın vitse-prezident Ali Fırat "Qəbələ"nin oyunçusuyla maraqlanmadıqlarını bildirib: "Transfer çalışmalarımız davam edir. Təcili gücləndirilməli olan mövqelərə oyunçular transfer etdik. Lalavele gündəmimizdə yoxdu. Bundan sonra cəmi 1 oyunçu alacağıq. Ancaq buna tələsmirik. Transfer qadağasının ləğvi üçün yanvarın 31-nə qədər vaxtımız var. Bunun üçün əlimizdən gələni edirik".

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər