De Byazi AFFA ilə müqavilə bağladı, azərbaycanca danışdı

De Byazi AFFA ilə müqavilə bağladı, azərbaycanca danışdı
Bu gün AFFA ilə rəsmi müqavilə imzalayan Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi təyinatı ilə bağlı danışıb.
Fanat.Az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini Azərbaycan dilində bildirib: "Hamıya salam. Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".
Qeyd edək ki, 64 yaşlı mütəxəssis AFFA ilə sözləşməsi UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər