Dambrauskas dilemma qarşısında - "Sumqayıt"a qarşı 5 itki ilə mübarizə aparacaq

Dambrauskas dilemma qarşısında - "Sumqayıt"a qarşı 5 itki ilə mübarizə aparacaq

Misli Premyer Liqasının (MPL) 6-cı turunda "Sumqayıt"ı qəbul edəcək "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas 5 futbolçunun xidmətindən faydalana bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Cəzalı futbolçumuz yoxdur. Cesse Sekidika, Nyeqoş Kupusoviç, Aleksey İsayev, Zinəddin ud Xaled və Boyan Letiç zədə səbəbindən "Sumqayıt"a qarşı oynamayacaqlar". 

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" qarşılaşması sentyabrın 28-da keçiriləcək. "Bank Respublika Arena" baş tutacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər