Bu gün Binə stadionunda keçirilmiş "İnter" - "Əlincə" oyunu ilə “Bakcell U-14 Elit Kuboku” turnirinin 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az "İnter" 2:0 hesabı ilə qələbə qazanaraq 1/2 final mərhələsinə vəsiqə əldə edib.
Bundan əvvəl isə "Neftçi", "Qarabağ" və "Bakı" yarımfinala çıxmışdı. Beləliklə, yarımfinalda bu cütlüklər qarşılaşacaq.
5 fevral, "Bayıl Arena"
14.00 Neftçi - Qarabağ
6 fevral, Binə stadionu
12.00 Bakı - İnter
Fanat.az