“İdman-Azərbaycan”ın rəhbəri dəyişdi

“İdman-Azərbaycan”ın rəhbəri dəyişdi
"İdman Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib.
Fanat.Az xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.
Qeyd edək ki, bu ay "İdman Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. S.Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. Kanalın əvvəlki rəhbəri Elsəvər Dünyamalıyev idi.
 
Qeyd edək ki, bu dəyişikliklə bağlı ilk xəbəri "Futbol+" qəzeti yayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər