Daha bir futbolçumuz "Orduspor"a keçir

Daha bir futbolçumuz "Orduspor"a keçir
"Orduspor" daha bir futbolçumuzu transfer edir. Fanat.az xəbər verir ki, Ordu klubu Amit Quluzadəyə elçi düşüb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, "Orduspor" "Qəbələ"dən ayrılan futbolçunun keçidini qısa zamanda həll etmək istəyir. Azərbaycan vətəndaşı olduğu üçün PTT 1-ci liqada legioner sayılmayacan Amitin keçidi bir neçə gün ərzində baş tuta bilər. 
Qeyd edək ki, ötən mövsüm "Orduspor"da çıxış edən Branimir Subaşiçin klubla müqaviləsi davam edir. Ordu klubu bir neçə gün əvvəl Almaniyanın "Memmingen" klubundan 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Umut Sonmezi heyətinə qatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər