Dabo "Qəbələ" ilə oyunu buraxa bilər

Dabo "Qəbələ" ilə oyunu buraxa bilər
 
 
"Neftçi" Topaz Premyer Liqasının VIII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. Məşqdə Ruslan Abışov, Haiti milli komandalarının düşərgəsindən qayıtmayan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər. Fransalı futbolçunun "Qəbələ" ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.
Xatırladaq ki, oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Neftçi" oyunu saat 17:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər