Covanni Melkiore "Xəzər Lənkəran"ı yordu

Covanni Melkiore "Xəzər Lənkəran"ı yordu
Premyer Liqanın VI turunda "Bakı"nı qəbul edəcək "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda bu gün iki dəfə məşq edib. 
Saat 10.00-da səhər məşqinə çıxan "Xəzər Lənkəran" 1 saat 20 dəqiqə ərzində taktiki çalışmalarla məşğul olub. Saat 18.00-da başlayan axşam məşqi isə bütövlüklə fiziki hazırlığın yaxşılaşdırılmasına hesablanıb və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin başçılığı altında keçirilib. Melkiore rəngarəng tapşırıqlarla "ağ-yaşıllar"ı əldən salıb. Son zamanlar yüngül məşqlərə öyrəşən futbolçuların belə ağır fiziki hazırlığa alışmadıqlarını söyləməyə əsas var. 
Əlavə olaraq bilidrək ki, U-21 millsinin düşərgəsindən qayıdan Ağabala Ramazanov hər iki məşqdə iştirak edib. Makedoniya millisinin üzvü Nikola Qliqorov isə sentyabrın 12-də Lənkəranda olacaq.
12cioyuncu.info 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər