İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri "Aston Villa"dan ayrılmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir o, köməkçi-məşqçi postunu tərk edən eks-stopper klubun saytına danışıb:
"Son üç ili "Aston Villa"da keçirmək mənim üçün şərəf idi. Amma indi olduqca çətin qərar verib irəli baxmağın vaxtının çatdığını düşünürəm. Etiraf edim ki, qarşıdakı mövsümə xüsusi həvəslə başlaya bilməyəcəkdim. Bi müddət ailəmlə vaxt keçirəndən sonra Avropa klublarının birində fəaliyyətimi davam etdirəcəm. Hədəfim baş məşqçi olmaqdır".
Qeyd edək ki, 1998-2017-ci illər aralığında "Çelsi"nin uğurları üçün çalışan Terri futbolçu karyerasını 2017/2018 mövsümündə formasını geyindiyi "Aston Villa"da bitirib.
Nihat