Ceyhun Haşımov "İdman Azərbaycan"dan niyə uzaqlaşdırılıb? - ÖZÜ DEDİ

Ceyhun Haşımov "İdman Azərbaycan"dan niyə uzaqlaşdırılıb? - ÖZÜ DEDİ
"İdman Azərbaycan” televiziyasının "Oyunun hakimi” verilişindən uzaqlaşdırılmağımızın səbəbi yəqin ki, verilişin formatının dəyişdirilməsi ilə bağlıdı”. 
 
Bunu Fanat.Az-a açıqlamasında AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin əməkdaşı Ceyhun Haşımov deyib.
Haşımov "İdman TV” ilə hər hansı müqavilələrinin olmadığını söyləyib: 
"Bildiyiniz kimi, verilişə Anar müəllimlə (Anar Salmanovu nəzərdə tutur – red.) birgə qatılırdıq. Yalnız bizdə yox, bütün dünyada yerli futbol federasiyasında çalışanların ölkə çempionatının matçları haqda danışmaması tövsiyyə edilir.  Bizim telekanalla hər hansı müqaviləmiz olmayıb. Əməkdaşlığa son qoyduqlarına görə onlardan inciməmişik”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər