CEV prezidenti Bakıya gəlir

CEV prezidenti Bakıya gəlir

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç bu ilin mayında Bakıya gələcək.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov qurumun rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, Boriçiçlə yanaşı, digər CEV rəsmiləri də ölkəyə təşrif buyuracaq. Səfər zamanı bir neçə vacib görüşlərin keçirilməsi nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər