"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard komandasının qış üçün transfer planlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" nəşri Cerrardın dediklərini belə çatdırır: "Əgər meydana çıxsa, heyəti gücləndirmək şansından istifadə edəcəyik." Aston Villa "transfer bazarında aktiv olmalıdır, lakin tarazlığı qorumaq vacibdir"
Xatırladaq ki, hazırda "Aston Villa" 22 xalla İPL-in turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.