CAS ərəblərin "Sabah"la bağlı şikayətini rədd etdi

CAS ərəblərin "Sabah"la bağlı şikayətini rədd etdi

İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələ ilə bağlı qərar şıxarıb.

Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə Azərbaycan klubunun xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olduğu qeyd edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər