Üç qol “Liverpul”a 3 xal üçün kifayət etmədi

Üç qol “Liverpul”a 3 xal üçün kifayət etmədi

İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Altı qolun qeydə alındığı “Aston Villa” – “Liverpul” matçında qalib müəyyənləşməyib.

Hazırda 86 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 85 xalla 2-ci, “Liverpul” 79 xalla 3-cüdür. "Mançester Siti" bu gün 34-cü turun oyunu çərçivəsində "Tottenhem"lə qarşılaşacaq. Xosep Qvardiolanın komandası qələbə qazanmaqla liderliyi ələ keçirə bilər. 

İngiltərə Premyer Liqası 37-ci tur 11 may

Fulhem – Mançester Siti 0:4 Qollar: Qvardiol, 13; 71. Foden, 59. X.Alvares, 90+6-pen.

Bornmut – Brentford 1:2 Qollar: Solanke, 89 – Mbeumo, 86. Vissa, 90+5.

Everton – Şeffild Yunayted 1:0 Qol: Dukure, 31.

Nyukasl – Brayton 1:1 Qollar: Lonqstaff, 45+5 – Veltman, 18.

Tottenhem – Börnli 2:1 Qollar: Porro, 32. Van den Ven, 82 – Larsen, 25.

Vest Hem – Luton Taun 3:1 Qollar: Uord-Prauz, 54. Souçek, 65. Erti, 76 – Lokonqa, 6.

Vulverhempton – Kristal Pelas 1:3 Qollar: Kunya, 66 – Olise, 26. Mateta, 28. Eze, 73.

Nottingem Forest – Çelsi 2:3 Qollar: Boli, 16. Hadson-Odoi, 74 – Mudrik, 8. Sterlinq, 80. N.Cekson, 82.

12 may

Mançester Yunayted – Arsenal 0:1 Qol: Trossard, 21.

13 may

Aston Villa – Liverpul 3:3 Qollar: Tilemans, 12. Duran, 84; 88 – E.Martines, 2-öz qapısına. Qakpo, 23. Kuansa, 48.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər