Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 oyun baş tutub.
A qrupunda Çempionlar Liqasının son finalçısı "Atletiko" "Olimpiakos"a 2:3 hesabı ilə uduzub. Digər matçda isə "Yuventus" "Malmö"yə qalib gəlib - 2:0.
B qrupunda "Real" "Bazel"i 5:1 hesabı ilə darmadağın edib, "Liverpul" "Ludoqorets"ə son dəqiqədə vurulan penalti qolu hesabına qalib gəlib - 2:1.
C qrupunda "Benfika" evdə "Zenit"ə uduzub - 0:2. Qrupun digər oyununda "Monako" doğma meydanda "Bayer"i iki cavabsız qola məğlub edib.
Ölkəmizdə böyük azarkeş dəstəyinə sahib olan "Qalatasaray" doğma meydanda "Andexlext"i sınağa çəkib. "Aslan"lar 1:1 hesablı heç-heçəyə razılaşıb. "Borussiya" isə "Arsenal"ı 2:0 hesabı ilə yenib.
Qeyd edək ki, I turun qalan 8 oyunu bu gün keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 16 sentyabr
A qrupu
Olimpiakos (Yunanıstan) - Atletiko (İspaniya) 3:2
Qollar: Masuaku, 13. İbrahim Affelay, 31. Konstantinos Mitroglou, 73 - Mario Mandzukiç, 38. Antoine Qriezmann, 86.
Yuventus (İtaliya) - Malmö (İsveç) 2:0
Qollar: Karlos Tevez, 59; 90.
B qrupu
Real (İspaniya) - Bazel (İsveçrə) 5:1
Qollar: Marek Suşi, 14 (avtoqol). Qaret Beyl, 30. Ceyms Rodriges, 37. Kərim Benzema, 79 - Derlis Qonzales, 38.
Liverpul (İngiltərə) - Ludoqorets (Bolqarıstan) 2:1
Qol: Mario Balotelli, 82. Stiven Cerard, 90+3-pen - Dani Abola, 90+1.
C qrupu
Benfika (Portuqaliya) - Zenit (Rusiya) 0:2
Qol: Halk, 5. Aksel Vitsel, 22. Kriştiano Ronaldo, 31.
Monako (Fransa) - Bayer (Almaniya) 1:0
Qol: Joao Moutinyo, 61.
D qrupu
Borussiya (Dortmund, Almaniya) - Arsenal (İngiltərə) 2:0
Qollar: Siro Immobile, 45. Pierre-Emerik Aubameyanq, 48.
Qalatasaray (Türkiyə) - Anderlext (Belçika) 1:1
Qollar: Burak Yılmaz, 90+1 - Dennis Praet, 52.
Fanat.az