Böyükağa Hacıyev qürrələndi: "Neftçi" həmin "Neftçi"di"

Böyükağa Hacıyev qürrələndi: "Neftçi" həmin "Neftçi"di"
Böyükağa Hacıyev "Qəbələ" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi komandasından razı qalıb:
"Maraqlı və gərgin oyun oldu. Rəqibi yaxşı oyuna görə alqışlamaq lazımdı. “Qəbələ” əbəs yerə turnir cədvəlində yüksək pillələrdə getmir. Çalışdım sübut edim ki, “Neftçi” əsas heyətlə həmin “Neftçi”di. “Xəzər Lənkəran”la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib üçüncü qolu vura bilsəydi, “Qəbələ” dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram, müdafiəçilərimiz çox yaxşı oynadı. 3 gün sonra “İnter”lə kubok oyunumuz var. Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik. Karlos Kardoso və ya Ernest Nfro pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedi. Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızıışır, oyunlar daha gəgin keçir. Bu gün rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər