"Qalatasaray"lı futbolçu Umut Bulutun atası Kamal Bulutun Ankaradakı terror aksiyası zamanı həlak olması barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, bu gün Kasyeridə mərhumun dəfn mərasimi keçirilir.
"Qalatasaray" rəhbərliyi bu ağır gündə futbolçunu tək qoymamaq üçün tədqirəlayiq addım atıb. Belə ki, bütün komandanın Kayseriyə yollanaraq dəfn mərasimində iştirak etməsinə qərar verilib.
Bir qədər əvvəl "Qalatasaray" rəhbərliyini, futbolçuları, məşqçiləri və Florya işçilərini aparan çarter reysi Kayseriyə enib. Klub dəfnə 88 nəfərlik heyətlə yollanıb.
Zədəli olan Hamit Altıntop mərasimə çəliklə gedib.
Fanat.az