Burak Yılmaz "Qalatasaray"dan ayrılır. Fanat.az xəbər verir ki, Türkiyə millisinin forvardı Çinin "Beijing Guoan" klubuna keçir.
Klub rəsmilərinin verdiyi məlumata görə, Burak üçün gələn 8 milyon avroluq (14 milyon 200 min manat) təklif qəbul edilib. Bu məbləğin 2 milyon manatı "Trabzonspor"a çatacaq. Klublar arasındakı anlaşmaya əsasən Burakın başqa kluba satışından 25 faiz Qara dəniz təmsilçisinə çatmalıdı.
Futbolçunun özü isə 4 ildə 32 milyon avro (56 milyon 797 min manat) maaş alacaq. Bununla da o, Türkiyənin ən çox qazanan futbolçusu olacaq.
Fanat.az