Burak "het-trik", "Qalatasaray" "qızıl dubl" etdi - VİDEO

Burak "het-trik", "Qalatasaray" "qızıl dubl" etdi - VİDEO

Türkiyə Kubokunun qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, finalda ölkə çempionu "Qalatasaray" "Bursaspor"u sınağa çəkib.

Oyun 3:2 hesabı ilə başa çatıb. "Qalatasaray"ın heyətində Burak Yılmaz "het-trik" edib (40, 48, 60-cı dəqiqələr). "Bursaspor"un heyətində isə Fernandao (27-pen) və Volkan Sen (58) fərqlənib. Bununla da "Qalatasaray" mövsümü "qızıl dubl"la başa vurub.

Qeyd edək ki, "Qalatasaray" tariхi ərzində 16-cı dəfə kuboka sahib çıхıb. Bu Türkiyə rekordu hesab olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər