Bunu "Aston Villa"dan başqa yalnız "Liverpul" bacarmışdı

Bunu "Aston Villa"dan başqa yalnız "Liverpul" bacarmışdı

 "Liverpul"un İngiltərə Premyer Liqasındakı rekordu təkrarlanıb.

Fanat.Az "Squawka" nəşrinə istinadən xəbər verir ki, buna XXV turda "Fulhem"i 2:1 hesabı ilə məğlub edən "Aston Villa" nail olub.

Bu qələbə Birmingem klubunun çempionatda London təmsilçiləri üzərindəki ardıcıl 10-cu zəfəri kimi tarixə düşüb.

"Liverpul" 2019-cu ilin martından 2020-ci ilin iyununadək paytax klubları ilə görüşlərdə ardıcıl 10 qələbəyə sevinmişdi.

Qeyd edək ki, hazırda 49 xalı olan "Aston Villa" turnir cədvəlinin 4-cü pilləsində mövqüe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər