"Bu, Səbail"in ziyanına olacaq" - Şahin Diniyev

"Bu, Səbail"in ziyanına olacaq" - Şahin Diniyev

Misli Premyer Liqasının 5-ci turunda "Səbail" öz meydanında "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdi. Bu, öncəki turda səfərdə "Turan Tovuz"u yenən (3:1) "dənizçilər"in ardıcıl ikinci qələbəsi oldu.

Bakı təmsilçisinin baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb millilərin oyunlarına görə yaranan fasilənin sürət yığan komandasına necə təsir edəcəyini soruşduq. Diniyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Belə desək, komanda ritmə düşmüşdü. "Səbail" fasilə zamanı ritmdən düşəcək. Həftəlik perioddan düşməsi komandanın ziyanına olacaq. Amma bu da avr ki, bütün komandalar üçün şərtlər eyni olacaq".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər