"Bu oyun və nəticə bizi relsə salacaq" - "Səbail"in belçikalısı

"Bu oyun və nəticə bizi relsə salacaq" - "Səbail"in belçikalısı

Misli Premyer Liqasının 22-ci turunda Qəbələdə "Kəpəz"lə qarşılaşan "Səbail" 4:1 hesablı qələbə qazandı. "Dənizçilər"in hücumçusu Ayub Masikaya bir neçə sual ünvanlamağı uyğun saydıq.

Belçikalı futbolçunun Fanat.Az-a müsahibəsi belə alındı:

- Oyun haqda nə deyə bilərsən? - Matç fantastik alındı. Bizə bu qələbə çox lazım idi. İnanıram ki, ardı gələcək.

- Bu il ilk qələbənizi qazandınız... - Bəli, biz qələbəyə ac idik. Hamılıqla qələbəyə köklənmişdik. Fikrimcə, bu oyun və nəticə bizi relsə salacaq.

- İlk yarıda rəqib sizdən üstün görünürdü. Fasilədən sonra meydanda fərqli "Səbail" izlədik... - Birinci yarı çox çətin alındı. İkinci hissədə isə belə desəm, komanda kimi özümüzü tapdıq. Toparlanaraq və daha təmkinli çıxış edərək qələbə qazandıq. 

- Növbəti oyunu evdə "Araz-Naxçıvan"a qarşı keçirəcəksiniz. Necə düşünürsən, mövsümün sürpriz komandasını üstələyə biləcəksiniz? - "Kəpəz"lə oyunun ikinci hissəsindəki kimi oynasaq, istəyimizə çatacağıq. Meydana ruh yüksəkliyi ilə çıxmalıyıq. Bunu edə bilsək, qələbələri sıralayarıq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər