"Bu məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək" -  "Sabah" rəsmisi

"Bu məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək" -  "Sabah" rəsmisi

Mövsümü gümüş medalla başa vuran "Sabah"da istirahət davam edir. Amma klubu yay hazırlıq planı artıq hazırdır. 

Bu barədə Fanat.Az-a paytaxt təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib: 

"Komanda iyunun 21-də Bakıda toplaşacaq. İyulun 6-da Avstriyaya yola düşəcək. Hazırlıq çərçivəsində Azərbaycanda 2, Avstriyada 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub".

Klub rəsmisi bildirib ki, yeni transferlərlə də bağlı işlər aparılır: "Transfer məsələləri ilə, həmçinin komandadan gedəcək oyunçularla bağlı məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək".

Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünü 81 xalla 2-ci pillədə başa vuraraq, tarixində ilk dəfə liqanın gümüş medallarını qazanıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər