Bu futbolçu "Sumqayıt"dan getdi

Bu futbolçu "Sumqayıt"dan getdi
"Sumqayıt" bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu gün Antalya toplanışına start verən "Gənclik şəhəri" təmsilçisi qapıçı Şahruddin Məhəmmədəliyevlə vidalaşıb.
“İnter”dən ayrılan Səlahət Ağayevi heyətinə qatan "Sumqayıt" U-21 millimizin üzvünə ehtiyac duymayıb. Onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Qeyd edək ki, “Sumqayıt” bundan əvvəl Elnur Abdulov, Fuad Məmmədzadə, Tural Rzayev və Nuran Qurbanovla yollarını ayırmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər