"Qalatasaray" bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, Dani Nounkeu İstanbul klubunu tərk edib.
Bu barədə "Qalatasaray" birjaya rəsmi açıqlama verib. Açıqlamada bildirilir ki, Daninin müqaviləsi birtərəfli qaydada pozulub.
Qeyd edək ki, 2012-ci ildə "Qaziantepspor"dan "Qalatasaray"a keçən Dani indiyədək 46 rəsmi oyunda meydana çıхıb. O, 2013/14 mövsümünün ikinci yarısında "Beşiktaş", ötən mövsümün ilk hissəsində İspaniyanın "Qranada", ikinci dövrəsində isə Fransanın "Evyan" klublarına icarəyə verilib.
Fanat.az