ASTA-nın (Azerbaijan Sport Talents Academy) Barselonada yerləşən "Marcet" akademiyasına göndərdiyi azərbaycanlı yeniyetmələrin bir qisminin AFFA-nın hesabına geri qaytarıldığını və həmin oyunçuların adlarını açıqlamışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onlardan 13-ü artıq İspaniya ilə vidalaşıbsa, eyni sayda futbolçu da "Marcet"də qalıb.
Barselonada futbolun sirrlərinə yiyələnməyə davam edəcək azərbaycanlılar aşağıdakılardır:
1. Adnan Bunyatov 2. Sinan Mehdizadə 3. Sahil Əsgərli 4. Səttar Tahirzadə 5. Pünhan Kərimov 6. Addis İsmayılov 7. Muhammed Çodarov 8. Atacan Məmmədov 9. Nicat Əhmədzadə 10. İbrahim Bunyatov 11. Yusif Quliyev 12. Rəsul Balakişiyev 13. Nəriman Nağıyev
Qeyd edək ki, qalan oyunçularının bəzilərinin ödənişlərini öz ailələri üzərlərinə götürüblərsə, digərləri xüsusi perspektiv vəd edən futbolçulardır.
Nihat