Bruma "Qalatasaray"da ilk oyununu keçirdi

Bruma "Qalatasaray"da ilk oyununu keçirdi

Super Liqanın IV turunda "Antalyaspor"la qarşılaşacaq "Qalatasaray" yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, Florya Mətin Oktay bazasında baş tutan matçda "Cim-Bom"un rəqibi "İstanbul BB" olub.

Oyun 3:1 hesabı ilə başa çatığb. Hesabı "İstanbul BB"dən Keraldes açıb. "Qalatasaray"dan isə Aydın Yılmaz dubl edib, Emre Çolak bir qol vurub.

"Cim-Bom"un yeni transferi Bruma da matçın iştirakçısı olub. Start heyətində meydana çıxan portuqaliyalı ikinci yarıda əvəzlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər