Britaniya səfiri Bakıda Uels yığmasını ziyarət etdi

Britaniya səfiri Bakıda Uels yığmasını ziyarət etdi
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Uels yığmasını ziyarət edib.
Fanat.Az xəbər verir ki, bu barədə səfir tvitter hesabında məlumat paylaşıb.
Şarp Uels seçməsini yenidən Bakıda görməkdən məmnunluğunu bildirib: "Onların AVRO-2020 matçlarının təlim-məşqinə baş çəkməkdən, baş məşqçi Robert Peyc və Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşməkdən məmnun oldum. Komandaya uğurlar"!.
Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər