Braziliyalının rekordu Braziliyanın qapısında qırıldı

Braziliyalının rekordu Braziliyanın qapısında qırıldı
Almaniya yığmasının üzvü Miroslav Kloze dünya çempionatının tarixinə düşüb. Fanat.az xəbər verir ki, alman futbolçu mundialın ən çox qol vuran futbolçusu adını qazanıb.
O, Braziliya ilə oyunda braziliyalı Ronaldonun rekordunu qırıb. İndiyədək dünya çempionatının ən məhsuldar oyunçusu olan Ronaldonun aktivində 15 qol var. Qana ilk qrup matçında 15-ci qolunu vuran Kloze onun rekorduna şərik çıxmışdı. Braziliya ilə oyunun 23-cü dəqiqəsində fərqlənən alman oyunçu rekordu təkbaşına ələ keçirib.
Qeyd edək ki, 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında debüt edən Kloze finala qədər irəliləyən Almaniyanın oynadığı 7 matçda forma geyinmiş 5 dəfə fərqlənmişdi. 2006-cı ildə almanların ev sahibliyi etdiyi mundialda meydana çıxan futbolçu ölkəsinin üçüncü olduğu turnirin yenə 7 matçında forma geyinmiş və 5 qola imza atmışdı. Bununla da o, "Qızıl buts"a sahib çıxmışdı. CAR-2010-da yenə iş başında olan Kloze 5 matçda 4 dəfə fərqlənmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər