“Qalatasaray” daha bir oyunçuyla güclənib. Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbullular “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Fernandonu heyətə qatıb.
3 illik müqaviləyə imza atan 30 yaşlı braziliyalının transferi üçün türk klubu 5 milyon 250 min avro xərcləyib. Üstəlik, ingilislərə əlavə bonuslar da ödəniləcək. 2014-cü ildən "şəhərlilər"in şərəfini qoruyan braziliyalı yeni iş yerində ildə 3,3 milyon avro qazanacaq.
Fanat.Az