Braziliyalı ikiqat dünya çempionu Bakıya gəlir

Braziliyalı ikiqat dünya çempionu Bakıya gəlir
Braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək. 
Bu barədə Fanat.Az-a Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.
Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub. 
Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər