Bonuççinin "Fənərbağça"da nə qədər qazanacağı bilindi

Bonuççinin "Fənərbağça"da nə qədər qazanacağı bilindi

Azad agent qismində "Fənərbağça"ya keçən Leonardo Bonuççinin nə qədər əməkhaqqı alacağı açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, "Union"dan ayrılaraq İstambul təmsilçisi ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayan məşhur italiyalı 1,2 milyon avro qazanacaq.

Qeyd edək ki, 36 yaşlı Bonuççi cari mövsüm Almaniya klubunun forması ilə bütün turnirlərdə 11 matça çıxaraq 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər