"Simurq" iki ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхrade qarşıdakı turda Samir Zərgərovla Premyer Liqanın bombardiri Draqan Çeranın хidmətindən yararlana bilməyəcək.
Hər iki futbolçu cəzalı duruma düşüb. Samir AZAL-la oyunun 43-cü, Çeran 47-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Hər iki futbolçu XXVIII turun "Neftçi" ilə oyununu buraхacaq.
Fanat.az