Boks Federasiyasında Naxçıvan açıqlaması - FOTOLAR

Boks Federasiyasında Naxçıvan açıqlaması - FOTOLAR
Azərbaycan Boks Federasiyası loqo qalmaqalına aydınlıq gətirib. Beləki, qurum rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq.
"www.haqqin.az saytında avqustun 30-da «Федерация Бокса Азербайджана оставила Азербайджан без Нахчывана» (Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub) başlıqlı xəbər yerləşdirilib. Azərbaycan Boks Federasiyası (ABF) bununla əlaqədar bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib. Federasiyanın, eləcə də beynəlxalq boks federasiyasının rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz. Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərilən loqo əks olunub. Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur. Bu çox güman ki, ayrı ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla  bağlılığı olmayan idman geyimidir. ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində sizə göndərdiyimiz  loqo əks olunub. Xahiş edirik ki, bu məsələni yenidən araşdırıb oxuculara obyektiv məlumat verəsiniz. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər