Bir oyunda 37 qol vuruldu, bir futbolçu 21 dəfə fərqləndi - Azərbaycanda

Bir oyunda 37 qol vuruldu, bir futbolçu 21 dəfə fərqləndi - Azərbaycanda
Bu gün futzal üzrə Yüksək Liqada XXI turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, "Liman” - "Xəzər Cənub” oyununda 37 qol vurulub və ikincilər 34:3 hesablı qələbə qazanıb. 
Qarşılaşmada Hadi Rezvan 21 qola imza atıb. 21 qol vurması ilə bombardirlik yarışında yenidən birinci sıraya yüksəlməsi ilə yadda qalıb.
Günün digər oyunlarında "Neftçi” İK "Yasamal” MFK-ı 15:0, "Araz” EKOL-u 7:3 hesabı ilə yenib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər