“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış - VİDEO

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış - VİDEO

Türkiyənın “Beşiktaş” klubu Bakıda "Sabah"a qarşı keçirəcəkləri xeyriyyə oyunu ilə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, videoçarxda İstanbul klubunun yerli və əcnəbi futbolçularının fikirlərinə yer verilib.

Oyunçular xeyriyyə matçı ilə bağlı azarkeşlərə çağırış edərək, onları stadiona səsləyiblər.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Sabah" - "Beşiktaş" matçına saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər