"Beşiktaş" "Sabah"la qarşılaşacaq? - Klubdan açıqlama

"Beşiktaş" "Sabah"la qarşılaşacaq? - Klubdan açıqlama

“Beşiktaş” klubu zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoldaşlıq görüşü təşkil edəcək. 

Türkiyənin "Sabah" nəşri İstanbul təmsilçisinin Almaniya və Azərbaycandan olan iki klubla xeyriyyə xarakterli yoldaşlıq oyunu keçirəcəyini yazıb. 

Fanat.Az-a daxil olan xəbərə görə, "Beşiktaş" yoldaşlıq görüşü ilə bağlı Azərbaycanın "Sabah" klubu ilə danışıqlar aparıb. 

Məlumatı dəqiqləşdirmək üçün Bakı təmsilçisi ilə əlaqə saxladıq. Lakin klubun mətbuat katibi Elnur Həmidov saytımıza açıqlamasında tərəflər arasında danışıqlar aparılmadığını bildirib. 

Qeyd edək ki, "Beşiktaş" bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə qarşılaşacaq. Türkiyə mətbuatı Almaniyadan “Borussiya Münhenqladbax" və “Leyptsiq”lə də danışıqlar aparıldığını yazır. Daha sonra isə Super Liqanın cari təqviminə əsasən, istirahət edəcəkləri 9-30 aprel tarixləri aralığında Azərbaycana səfər ediləcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər